VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Budəfəki Xocalı soyqırımının ildönümü əvvəlki illərdəkindən fərqli idi. Soyqırımın 29-cu ildönümündə “Ana fəryadı”na yürüyən xalq da, rəhbəri də daha qürurlu idi. Müharibədə qalib olmuş Ali baş komandan və məğrur xalqı rəşadətli ordusu, şəhidləri, qaziləri sayəsində budəfəki 26 fevralı fərqli andı.

BAKU.WS xəbər verir ki, qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə ziyarətindən sonra Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə 4 saatdan artıq keçirilən mətbuat konfransı zamanı dünya mediasının 35-dən çox nümayəndəsinin 50-yə yaxın sualını cavablandırarkən dünya ictimaiyyətinə verdiyi mesajlar geniş müzakirə mövzusu oldu.


 

 

 

 

44 günlük Vətən müharibəsindən sonra noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanat, onun icrası və hazırkı siyasi proseslərin bu bəyanatın icrasına təsiri imkanları ətrafında verilən suallar daha çox siyasi mesajların verilməsinə səbəb olub. Rusiyalı sülhməramlılar və onların nəzarətində olan Qarabağ torpaqlarına qayıdışın reallaşacağı, erməni xalqının dil, din ayrı-seçkiliyi qoymadan Qarabağda yaşayacağı ilə bağlı dövlət başçısının səsləndirdiyi bəyanatlar verilən siyasi mesajlar içərisində ən vaciblərindən idi.

 

 

Müharibədən qalib ayrılan dövlətin başlıca amili düşmən tərəfindən viran qoyulmuş, talanmış, yararsız hala salınmış ərazilərin bərpasıdır. Qarabağda müasir infrastrukturun yaradılması və bunun üçün görüləcək işlərlə bağlı Azərbaycan prezidentinin açıqlamaları da diqqətdən kənar qala bilməzdi. Mətbuat konfransında prezident İlham Əliyevin Qarabağın dirçəldilməsinin dövlətin əsas prioriteti olmasını birmənalı ifadə etməsi də həm yerli, həm də xarici ictimaiyyətə verilmiş önəmli mesajlardandır.

Qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olması onun sözdə deyil, əməldə də davamı olmalı idi və bu baş verdi. Qarabağda reallaşacaq layihələrin mütləq əksəriyyətində Türkiyənin olması və olacağını açıqlayan dövlət başçısı Vətən müharibəsində də qardaş ölkənin həm siyasi, həm də mənəvi cəhətdən Azərbaycanın yanında olduğunu dəfələrlə vurğuladı.

Ermənistanın dünya ictimaiyyətini aldatmaq cəhdi bu dəfə də baş tutmadı. Mətbuat konfransı zamanı prezident İlham Əliyev nəinki Azərbaycanın erməni əsirləri qaytardığını, həmçinin Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı söylədiyi cəfəngiyyatı də dəlillərlə dilə gətirdi. Prezident Şuşa əməliyyatı ilə hərb tarixinə öz uğurlu imzasını atan Azərbaycanın qorxmaz hərbçilərinin ermənilərin də yaddaşında qaldığını qeyd edərkən Türkiyə ilə hərb sahəsində davam edən çoxşaxəli əməkdaşlıq planlarının da bir qismini açıqladı.

Dünyanı cənginə alan pandemiya mətbuat konfransında da müzakirə predmeti oldu. Prezident İlham Əliyev ölkəyə Çindən gətirilən “CoronaVac” peyvəndi ilə yanaşı digər vaksinlərin alışı ilə bağlı da danışıqların aparıldığını, ümumiyyətlə, bu prosesə dövlət tərəfindən çox ciddi şəkildə nəzarət edildiyini açıqladı.

BAKU.WS