SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109883

Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109884

Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/109889

Nigeriya yaxınlığında hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109892

Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3, digər rayonlarda isə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109894

Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109907

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/109908

"Mən sizi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu məsuliyyəti dərk edəcəksiniz və öz işinizlə qarşınızda duran vəzifələrin icrasına çalışıb onları yerinə yetirəcəksiniz".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109915

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109932

“Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109931

BAKU.WS