SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.

BAKU.WS "ordu.az"a istinadən xəbər verir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.

Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.

Onların sözlərinə görə, artıq morqda cəsədlərin saxlanılması üçün yer qalmayıb və bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi kömək üçün “Spayka” şirkətinə müraciət edib.

Şirkət özü soyuducuların nazirliyin ehtiyacları üçün təmin edildiyini təsdiqləyib.

BAKU.WS