AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
Azərbaycanda sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, sığortaçıların sığorta haqları üzrə debitor borcları əvvəlki ilin sonuna nisbətdə 9 % (11,6 milyon manat) artaraq bu il iyulun 1-nə 140 milyon manat, o cümlədən həyat sığortası üzrə sığorta haqları üzrə debitor borclar 6,1 % (3,2 milyon manat) artaraq 48,5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 19,2 % (14,7 milyon manat) artaraq 91,6 milyon manat təşkil edib.
Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının şirkətlərin aktivlərindəki payı 6,9 %-dir.
Sığorta sektoru üzrə debitor borcların sığorta haqlarına nisbəti 10,8 %, vaxtı keçmiş debitor borcların (VKH) sığorta haqlarına nisbəti isə 2,2 % olub. Bu göstəricilər həyat sığorta üzrə analoji olaraq 5,4 % və 0,8 %, qeyri-həyat sığortası üzrə isə 22,8 % və 5,3 % olub.
Oxşar xəbərlər
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xorvatiyanın paytaxtı Zaqrebdə "Deqloballaşma dövründə Enerji və Qida Suverenliyi" mövzusunda keçirilən 10-cu Beynəlxalq Enerji Forumunun panel müzakirələrində...