Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb

Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb
İqtisadiyyat 26

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının ipoteka krediti portfelinin dəyəri 4,7 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin yekunu ilə müqayisədə 2,6 % və yaxud 121 milyon manat çoxdur.

Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 57,6 %-ni (2,7 milyard manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin məbləği isə portfelin 42,4 %-ni (2 milyard manat) təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər