Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək.
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyindən (DMA) məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbiri 14 oktyabr 2026-ci il tarixində, saat 10:30-da Şükürbəyli kənd inzibati binasında təşkil olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Oxşar xəbərlər
Ət bazarında qiymətlər niyə dayanmadan artır?
Azərbaycanda mal ətinin qiyməti artmaqda davam edir. Baku TV-nin məlumatına görə, Bakıda sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin kiloqramı isə 25...