Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı

Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı
Sosial 79

Azərbaycanda müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və uzunmüddətli icarəsi üzrə hərraclar keçiriləcək. Təkliflər arasında fərdi yaşayış evi tikintisi, sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaqlar var.

BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərraclarının 11 noyabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.

Satışa çıxarılan torpaq sahələri arasında Gəncə şəhərinin Hacıkənd qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan 700 kvadratmetrlik ərazi də var. Sahənin ilkin qiyməti 21 min manat müəyyən edilib.

Salyan şəhərində sahibkarlıq məqsədilə 500 kvadratmetr torpaq sahəsi 57 min 500 manata, Siyəzən şəhərində isə inzibati bina tikintisi üçün 200 kvadratmetrlik ərazi 10 min 64 manata təklif olunur.

Tərtər şəhərində sahibkarlıq fəaliyyəti üçün 100 kvadratmetrlik torpaq sahəsinin ilkin qiyməti 8 min 500 manatdır. Ağstafa rayonunun Tatlı kəndində isə fərdi yaşayış evi tikintisi üçün 356 kvadratmetrlik sahə 2 min 492 manat ilkin qiymətlə hərraca çıxarılır.

Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də müxtəlif təkliflər mövcuddur. Xızı rayonunun Giləzi qəsəbəsində 24 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmək üçün təqdim olunur. Bir illik icarə haqqı 2 min 424 manatdır. Həmin rayonun Sitalçay kəndində isə 8,33 hektar torpaq sahəsinin 15 illik icarəsi üçün ilkin illik məbləğ 841 manat təşkil edir.

Bərdə rayonunun Qaratəpə kəndində heyvandarlıq məqsədilə 33 hektar torpaq sahəsinin 15 illik icarəsi üzrə illik ilkin məbləğ 6 min 600 manat müəyyənləşdirilib. Eyni ərazidə 32 və 35 hektarlıq torpaq sahələri də icarəyə təklif olunur.

Torpaq sahələri ilə bağlı sənədlərlə tanış olmaq istəyənlər müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər. Məlumatda sənədlərlə tanışlıq üçün son tarix noyabrın 6-sı göstərilib.

Qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər torpaq sahələri ilə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrindən və ya torpaq bələdiyyəyə məxsusdursa, həmin bələdiyyələrdən əldə edə bilərlər.

Ərazi

Qurum

Əməliyyat

Sahə

Təyinat

İlkin qiymət (AZN)

Siyəzən, Siyəzən şəhəri

Siyəzən Bələdiyyəsi

Satış

200 kv.m

İnzibati bina tikintisi

10 064

Xızı, Giləzi qəsəbəsi

Giləzi Bələdiyyəsi

15 illik icarə

24 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

2 424

Xızı, Sitalçay

Giləzi Bələdiyyəsi

15 illik icarə

8,33 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

841

Gəncə şəhəri

Kəpəz Bələdiyyəsi

15 illik icarə

2,05 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

420

Gəncə, Hacıkənd qəsəbəsi

Kəpəz Bələdiyyəsi

Satış

700 kv.m

Fərdi yaşayış evi

21 000

Samux, Qarabağlı kəndi

Qaraağaclı Bələdiyyəsi

15 illik icarə

8,65 ha

Heyvandarlıq

1 324

Salyan, Salyan şəhəri

Salyan Bələdiyyəsi

Satış

500 kv.m

Sahibkarlıq

57 500

Sabirabad, Moranlı kəndi

Moranlı Bələdiyyəsi

15 illik icarə

13,46 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

2 490

Mingəçevir şəhəri

Mingəçevir Bələdiyyəsi

15 illik icarə

3 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

414

Mingəçevir şəhəri

Mingəçevir Bələdiyyəsi

15 illik icarə

3,4 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

469

Bərdə, Qaratəpə kəndi

Nazırlı Bələdiyyəsi

15 illik icarə

33 ha

Heyvandarlıq

6 600

Bərdə, Qaratəpə kəndi

Nazırlı Bələdiyyəsi

15 illik icarə

32 ha

Heyvandarlıq

6 400

Bərdə, Qaratəpə kəndi

Nazırlı Bələdiyyəsi

15 illik icarə

35 ha

Heyvandarlıq

7 000

Bərdə, Mirzalıbəyli kəndi

Yeni Əyricə Bələdiyyəsi

10 illik icarə

6 200 kv.m

Kənd təsərrüfatı məhsullarının istehsalı

241,80

Goranboy, Nadirkənd kəndi

Borsunlu Bələdiyyəsi

15 illik icarə

4,26 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

1 278

Tərtər şəhəri

Tərtər Bələdiyyəsi

Satış

100 kv.m

Sahibkarlıq

8 500

Tərtər, Mamırlı kəndi

Mamırlı Bələdiyyəsi

10 illik icarə

1,3 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

390

Tərtər, Mamırlı kəndi

Mamırlı Bələdiyyəsi

10 illik icarə

2,1 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

630

Ağstafa, Tatlı kəndi

Göycəli Bələdiyyəsi

Satış

356 kv.m

Fərdi yaşayış evi

2 492

Ağstafa, Tatlı kəndi

Göycəli Bələdiyyəsi

15 illik icarə

19,5526 ha

Heyvandarlıq

1 956

Biləsuvar, Dərvişli kəndi

Amankənd Bələdiyyəsi

15 illik icarə

9,5847 ha

Heyvandarlıq

1 150

Yardımlı, Sırıq kəndi

Ərus Bələdiyyəsi

15 illik icarə

4 300 kv.m

Kənd təsərrüfatı məhsullarının istehsalı

64

Yardımlı, Sırıq kəndi

Ərus Bələdiyyəsi

15 illik icarə

1,11 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

166

Qax, Qaşqaçay kəndi

İlisu Bələdiyyəsi

15 illik icarə

1,33 ha

Kənd təsərrüfatı məhsullarının istehsalı

336

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər