SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rəsmi Moskva İlham Əliyev və Serj Sarkisyanın yaxın zamanlarda görüşü haqqında verilən  məlumatı təkzib edib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, Rusiya Bakı və İrəvanın münqişənin həlli ilə bağlı danışıqların  davam etdirilməsini mümkün hesab edir, amma hazırda ölkə rəhbərlərinin görüşündən söhbət belə getmir.

"Nəzərə alsaq ki, münaqişə zonasında gərginlik artır, amma mən belə bir görüşün hazırlanması barədə heç nə eşitməmişəm. Bu da tərəflər arasında birbaşa dialoq prosesini xeyli ləngidir.  Bununla belə, Rusiyanın vasitəçiliyi ilə qarşıdurmanı dayandırmaq mümkün olub. Bundan sonra isə çox güman ki, söhbət hərbçilər arasında əlaqələrin davam etdirilməsi haqqında olacaq", - deyə rusiyalı nümayəndə qeyd edib.

Lukaşeviç əlavə edib ki, ATƏT-in minsk qrupunun həmsədrləri Qarabağda vəziyyətə dair məruzə ilə çıxa edə bilərlər. Belə ki, onlar aprelin 6-9-da həmin regionda olublar. Onların bu barədə növbəti məruzəsinin Vyanada olması gözlənilir. 

Ötən gün isə  ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışdığını bildirib. 
 
"Biz hər iki ölkənin prezidentləriylə görüşdük  və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", - deyə Pyer Andrie qeyd edib.