SİZİN REKLAM BURADA!
055 213 76 73


Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Bundan başqa, Nazirlər Kabineti “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nı təsdiq edib.

Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı belədir.

BAKU.WS