"Bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər" - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Siyasət 640

Müdafiə Nazirliyi bəzi sosial şəbəkə istifadəçilərinə və KİV-ə müraciət edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatlarla bağlı fikirləri hərbi qulluqçuların həyatına təhlükə yarada bilər.

“Biz bir daha sosial şəbəkə istifadəçilərini və KİV-i yalnız Ali Baş Komandanın çatdırdığı məlumatlara və Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməyə çağırır”, - deyə o bildirib.

A. Eyvazov Müdafiə Nazirliyi adından yeni uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Son xəbərlər