SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ torpaqları Azərbaycan xalqının bayram etməsi, sakinlərimizin doğma yurduna qovuşması üçün azad edilib”.

BAKU.WS xəbər verir ki, bu fikirləri Modern.az-a Millli Məclisin ağdamlı deputatı Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə şənliklərin, içki məclislərinin qurulmaması barədə fikirlərə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, şəhid verdiyimiz Qarabağda toy mərasimlərinin keçirilməməsinə dair təkliflər doğru deyil:

“Camaat gedib qəbiristanlığı gəzsin, ancaq ağlasın? Minlərlə igid insanları torpağına qovuşdurmaq üçün öz canından keçib. Azad olunmuş bölgələrimizdə toy olmasın fikri çox mənasızdır. Çox üzr istəyərək söyləyirəm, işğaldan azad olunmuş bölgələr məscid deyil ki, orada içki içilməsinə pis baxılsın. Vətəndaş yurduna gedir, sevinib ata-baba ocağında yeyib-içir. O torpağa qovuşduğu üçün qurban kəsənlər də var”.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdə toy-bayram, içki məclislərinin qurulmaması barədə fikirlər səsləndirilir. Hesab edilir ki, qəhrəman vətən övladlarının qanı tökülən torpaqlarda spirtli içki içmək, əylənmək olmaz. Bəzi soydaşlarımız isə bu fikirlərlə razılaşmırlar. Bildirilir ki, 30 illik həsrətdən sonra azad olunan Qarabağda toy-büsat olmalı, insanlar Zəfərin sevincini doğma el-obalarında yaşamalıdırlar.

BAKU.WS