Zöhrə Abdullayeva: “Anamı qoymadım Şuşadan torpaq götürsün”
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Zöhrə Abdullayeva “ATV”də yayımlanan “7 canlı” proqramında qonaq olub.
BAKU.WS xəbər verir ki, ifaçı efirdə Şuşada yaşadığı günlərin xatirələrini bölüşüb:
“Ali Baş Komandanımız, əsgərlərimiz və zabitlərimizlə qürur duyuram. Allah onları qorusun.
Hər gün torpaqlarımız geri qaytarılır. Bu zəfərlərimizin daim olmağını arzu edirəm. Hər kəs bilir ki, Şuşada doğulmuşam.
İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Şuşa mənim qəlbim və nəfəsimdir. Bir zamanlar Şuşa üçün gözlərim qan ağlayırdı.
Hazırda isə sevinc içindəyəm. Sonuncu dəfə Şuşaya anamla getmişdim. Onu istirahət evinə aparmışdım. Birdən o Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi.
Lakin mən qoymadım, dedim səni gələn il də bura gətirəcəm. Torpağı niyə götürürsən sualını verəndə isə... O mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi. Şuşa mənim hər şeyimdi. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah mənə o torpağı bir də görmək nəsib olar”.
Oxşar xəbərlər
Afaq Bəşirqızı: "Onlar kişi olana qədər kişilik dəbdən düşəcək"
Dünən sonuncu Qədr gecəsi idi. Artıq bu Müqəddəs Ramazanı da belə yola salırıq. Bu ay insanlığın uca tutulan, insanlığa dəyər verilən bir aydır. İlahi-Pərvərdig...