Zeynəb Xanlarova: "Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr?" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu... Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz! Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən. Hörmət də nədir? Balaca səsinlə də olsa oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova Mədəniyyət Nazirliyinə müsahibəsi zamanı deyib.
Sənətçi hazırda səhnəmizdə Şövkət Məmmədova, Sara Qədimova, Rübabə Muradova kimi sənətkarların olmadığını bildirib:
"Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı "mikrofon oxuyan"lar olmayıb. Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm, xalqım üçün, sizi, xalqımı sevirəm, vətənsiz, xalqsız yaşaya bilmərəm".
Oxşar xəbərlər
100 ildir yaddaşlardan silinməyən məxməri səsli Şövkət Ələkbərova - FOTO
Şövkət Ələkbərova deyiləndə SSRİ Xalq artisti titulundan öncə gözümüzün önündə kübar, xoş, nəzakətli, son dərəcə mədəniyyətli və istedadlı bir xanım, qulaqlarım...