Valeh Kərimov: "Azərbaycan incəsənəti Ramiz Əzizbəylini itirdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan incəsənətinə böyük itki üz verib. Sanki fəlakət bu il incəsənətimizi bürüyüb. Ramiz Əzizbəyli istedadlı, hərtərəfli insan idi. Rejissor, aktyor, müəllim kimi tanınırdı."
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. O, aktyorun vəfatı ilə bağlı dərin kədər hissi keçirdiyini deyib:
"Onunla xəstəxanaya getməzdən əvvəl əlaqə saxlamışdım. Müalicə aldığı xəstəxanaya gedə bilmirdim, icazə verilmirdi.
Danışanda özünə təskinlik verirdi. Azərbaycan incəsənəti onu itirdi. 1960-1970-ci illərin sənətkarlarının hamısı bu il vəfat etdi. Gözəl aktyor idi. Rollarını görmüşdünüz. Allah rəhmət etsin".
Oxşar xəbərlər
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” - MÜSAHİBƏ
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür. BAKU.WS xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc...