"Tağıyev"in 2-ci sezonu çəkiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Tağıyev" filiminin 2-ci sezonunuun çəkilməsi nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" yutub kanalına bildirib.
O qeyd edib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.
"8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Digər 4 bölümün (2-ci sezon) də çəkilməsi planlaşdırılır.
Zaur Qasımlı həmçinin deyib ki, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.
Oxşar xəbərlər
Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi
Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. BAKU.WS xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sö...