Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək

Şəmistan Əlizamanlı Türkiyədə filmə çəkiləcək
Mədəniyyət 96

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmet: Fetihlər Sultanı" serialının sezon finalında Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının "Salam, dar ağacı" mahnısı səsləndirilib.

BAKU.WS xəbər verir ki, Şəmistan Əlizamanlı Teleqraf-a açıqlamasında təəssüratlarını bölüşüb.

"Bu, tarixi serialdır. Belə bir serialda mahnımın səslənməsini uğur kimi səciyyələndirirəm. Bu serialı bütün dünya izləyir, çünki Sultan II Mehmet İstanbulu fəth edərək dünya tarixində mühüm bir hadisəyə imza atdı. Bu, sadəcə bir şəhərin fəthi deyil, böyük bir zəfərdir. Bu layihədə bizim də iştirakımız Azərbaycan incəsənəti və mədəniyyəti üçün böyük bir uğurdur.

Serialın yaradıcı heyəti ilə çox gözəl münasibətlərimiz var. Məni çəkilişlərə dəvət də ediblər, inşallah, tezliklə görüşəcəyik. Gələcəkdə ortaq əməkdaşlıq da mümkündür. Bəlkə aktyor kimi fəaliyyətim də davam edər.

2019-cu ildə tarixi bir layihədə - "Diriliş Ertuğrul" serialında da iştirak etmişəm. Orada dörd mahnım səslənib. Yəni, bu sahədə müəyyən təcrübəm və yaradıcı heyətlə münasibətlərim var", - deyə qeyd edib.

Qeyd edək ki, Şəmistan Əlizamanlının mahnısı serialda Çandarlı Halil Paşanın edam səhnəsində səslənib. Bəstənin sözləri şair Rüstəm Behrudidir.

Son xəbərlər