Röyadan gözlənilməz duet - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci duet layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi Xalq artisti Miri Yusifdən sonra müğənni Yaşar Cəlilovla duet oxuyub.
Musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola və aranjimanı Tərlan Məmmədhüseynova məxsus mahnı “Gəlmə yaxınıma” adlanır. Cütlük mahnını ekranlaşdırmaq üçün yenə Fərhad Əliyə müraciət edib. Çəkilişlər Bakıda baş tutub. Röyanın imici üzərində stilist Elnur Həsənov çalışıb. Klip R. Ayxanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Xatırladaq ki, layihənin prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır.
Oxşar xəbərlər
Röya və Miri Yusif bir-birinə "Sevgilim" dedi... - VİDEO
Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet layihələrini təqdim ediblər. BAKU.WS xəbər verir ki, hər iki məşhur bu dəfə “Sevgilim” adlı mahnını ifa ed...