Ramiz Rövşəndən şəhid ailəsinə ev bağışlaması xəbəri ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq şairi Ramiz Rövşən ona Prezident İlham Əliyev tərəfindən ad günü münasibətilə verilən evi şəhid ailəsinə bağışlaması haqqında xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Sabah.az-a açıqlama verən Ramiz Rövşən şəhidlərimizə, qazilərimizə hamımızın borclu olduğunu deyib:
“Şəhid və qazi ailələrinin qeydinə qalmaq həm dövlətin, həm də hər birimizin borcudur. Amma hədiyyəni hədiyyə etməzlər”.
Şair eyni zamanda qeyd edib ki, tezliklə onun vasitəçiliyi ilə bir şəhid ailəsi mənzillə təmin olunacaq.
Oxşar xəbərlər
Mehriban Xanlarova ilə MÜSAHİBƏ: “Mən sonsuz deyiləm, 3 dəfə övlad itirmişəm”
- Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın BAKU.WS-ə müsahibəsini təqdim edirik. Sənət işləriniz necə gedir? Hər hansı yeni...