Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda bir gün - REPORTAJ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mədəniyyəti və tarixində önəmli yerlərdən olan Qobustan Milli Tarix-Bədii Qoruğu hər gün yüzlərlə insanın ziyarətinə çevrilib.
Qobustan Mezolit dövrü (e.ə. XII-VIII minillik) əhalisinin yaşayış məskəni hesab olunur. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dağlıq sahədir.
Ərazidəki qayaüstü rəsmlər bəşər mədəniyyətinin nadir tarix yadigarlarındandır. Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir. Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar (qablar) və s. aşkar edilib.
Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilib.
Qoruq ərazisindəki “Qaraatlı”, “Sofi Həmid”, “Huri qızlar” və s. pirlər bu gün də yerli əhali tərəfindən ziyarət olunur.
Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılmış ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir.
“Qobustan” Dövlət Tarix-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-cı ildə “milli” status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, qoruğun ümumi sahəsi 4535 hektardır. Qoruq ziyarətçilər üçün həftənin bütün günləri 10:00-17:00 saat arasında açıq olur. Lakin günün səhər saatlarında mərkəz ziyarətçilərlə dolur-daşır. Dİgər saatlarda isə nisbətən boşluq olur.
BAKU.WS sayt olaraq qoruqdan reportaj hazırladıq. Həmin görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...