Qarğabazar karvansarayı bərpa ediləcək
27
okt
2025
14:51
Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa edilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyinə məxsus "Əsaslı Tikinti və Təchizat" MMC hazırlığa başlayıb.
Məlumata görə, ilkin olaraq bərpa və ərazinin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar karvansarayının eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər. Onun memarı məlum deyil.
Oxşar xəbərlər
Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Heydər Əliyev Mərkəzində keçiril...