Nigar Muharrem: "Sən partlat, araşdıran olmayacaq azərbaycanlısan, ya ərəbsən"
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Azərbaycandan qat-qat böyük ölkədir. Ona görə də burada məşhur olmaq Azərbaycandan daha çətindir. Bu istəyinə nail olmayanların isə bir bəhanəsi var: Türkiyədə azərbaycanlı sənətçiləri qəbul etmirlər, saymırlar, nə bilim daha nələr. Məncə, bu, Türkiyədə heç nə edə bilməyib, səbəb axtaranların bəhanəsidir”.
BAKU.WS xəbər verir ki, bu sözləri hazırda qardaş ölkədə solo fəaliyyət göstərən müğənni Nigar Muharrem deyib.İfaçı digər Azərbaycan müğənnilərinin də Türkiyədəki uğurlarını vurğuladı:
“Türkiyənin çörəyini yeyən Azərbaycan müğənnisi tək mən deyiləm. Məndən savayı 3-4 gənc müğənni xanım da burada sevilir. Hətta yalnız bir mahnısı ilə “partlayış” etmiş Aysel Əlizadə üçün burada konsertlər təşkil olunur, pullar qazandırırlar. Bu müğənnilərdən heç biri heç vaxt deməyəcək ki, Türkiyədə Azərbaycan müğənniləri qəbul olunmur, sevilmir, sıxışdırılır və ya digər bu kimi cəfəngiyyatları dilinə gətirməz də. Bu fikirlər uğur əldə edə bilməyənlərin boş bəhanəsidir.
Hər şey mahnıdan asılıdır. Sən Türkiyədə mahnını partlat, araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya da daha kimsən. Əsas, mahnının uğurudur”.
Oxşar xəbərlər
“Nigar” poeziya gecəsi keçiriləcək - FOTO
17 yanvar 2020-ci il tarixində saat 19.00-da qədim tarixi məkan Şirvanşahlar Sarayı Kompleksinin “Taxt-tac” zalında tanınmış şair, publisist Nigar Həsənzadənin...