Türkiyəli sənətçi xəyalını Azərbaycanda reallaşdırdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İllərdir Azərbaycanda fəaliyyət göstərən türkiyəli opera sənətçisi Oya Ergün ölkəmizdə sayca 4-cü solo-albomunu dinləyicilərin ixtiyarına buraxıb.
BAKU.WS xəbər verir ki, “Oyalı türkülər” adlanan albomda 12 türk xalq mahnısı var.
Diskdə yer alan mahnılar sırasında Azərbaycanda da tanınan “Çenberimde gül oya”, “Gemiler giresune”, “Koyuverdin gittin beni”, “Mavilim mavişelim”, “Karadır kaşların” və sair kimi türkülər yer alıb.
"Hər albomumda olduğu kimi, burada da bəzi mahnıların mənim həyatımda özəl yeri var. Bilirsiniz ki, Türkiyə 7 bölgədən ibarətdir, bizim bu albomda da 7 bölgəyə aid ifalar var. Bu musiqilərin bəzilərinin mənim həyatımda xüsusi yeri var. Ona görə ki, albomumda bəzi mahnıları ürəyimin sahiblərinə ərməğan etmişəm.
Onu da qeyd etmək istəyirəm ki, ifa etdiyim türkülərdə bir çox yeniliklərdən istifadə etmişəm. Albomdakı mahnılardan insan səsindən instrument kimi istifadə olunub. Təbiətin səsi, məsələn quşların, küləyin, dənizin səsini insan səsi ilə yaratmağa çalışmışam. Albomun ərsəyə gəlməsində mənə çox yaxın musiqiçi dostlar və sevdiyim insanlar dəstək oldu. Hər birinə ayrı-ayrlıqda təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində konsertlər verən Oya Ergünün “Oyalı türkülər”dən öncə Azərbaycanda "Ruhum", "Sevgilim", “Baroque Lace” kimi albomları işıq üzü görüb.
Oxşar xəbərlər
Bu gün Rəşid Behbudovun doğum günüdür
Dekabrın 14-ü SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 104-cü ildönümü tama...