Nəzakət Teymurova: "Əllərimdən tutub "Oxu, qızım" deyən ustad getdi"
"Bu gün qəlbim çox ağırdır... Muğam dünyamız bir zirvəsini, mən isə ustadımı itirdim... Arif müəllim - sənətimizin canlı nəfəsi, səslə, sözlə, ruhla danışan böyük məktəb idi. Mənim sənət yolumda ilk addımlarımı müşayiət edən, mənə güvənən, mənə yol göstərən, əllərimdən tutub "oxu, qızım" deyən bir ustad getdi bu gün... Onun hər kəlməsi, hər baxışı bir dərs idi mənim üçün. Mənim səsimdə, duruşumda, bu günə qədər səhnəyə çıxmağımda onun izi var. Arif Babayev təkcə muğam ustası deyildi. O, bizə sənəti, səbri, əxlaqı öyrədən nurlu bir adam idi".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkə hesabında yazıb. Muğam ifaçısı ustadı Arif Babayevin vəfatına görə dərin hüzn hissi keçirdiyini vurğulayıb.
"Ustadım, ruhun şad olsun... Sənin qoyduğun iz, yetişdirdiyin tələbələr, sənətə verdiyin nəfəs heç vaxt itməyəcək... Qəbrin nurla dolsun, Arif müəllim... Səni heç vaxt unutmayacağam..".
Qeyd edək ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.
Oxşar xəbərlər
Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür
Bu gün müğənni Rüfət Mehdiyevin anım günüdür. Onun vəfatından 15 il ötür Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. O, 1976-1986-cı illər...