Nazirlik: Tofiq Quliyevin heykəli iki həftə ərzində quraşdırılacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin heykəlinin yaxın iki həftə ərzində quraşdırılması gözlənilir”.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu müddət ərzində heykəl və onun ətrafında olan bütün lazımi işlər də tamamlanacaq.
Nazirlik həmçinin Aşıq Ələsgərin abidə müsabiqəsi ilə bağlı məsələyə də aydınlıq gətirib.
“Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin nəticəsi üçün münsiflər heyətinin yekun qərarı gözlənilir. Yekun qərar verildikdən sonra bununla bağlı məlumat mətbuatda dərc olunacaq və qalibin kim olduğu açıqlanacaq”, – deyə qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”
Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib. BAKU.WS APA-...