Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”
Yeniliklərdən dərhal xəbərdar olun
Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, hazırda müsabiqənin ikinci mərhələsindəyik.
“Yeni eskizlər alınıb. Müsabiqədə gənc heykəltəraşlar da iştirak edir. Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”,-deyə nazir bildirib.
Oxşar xəbərlər
İşğaldan azad olunmuş ərazilərdəki tarix-mədəniyyət abidələri haqqında məlumatların yer aldığı sayt hazırlanıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tarix-mədəniyyət abid...