Nazir Əlibaba Məmmədovu evində ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Ə.Məmmədovu doğum günü münasibətilə təbrik edən A.Kərimov ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib.
Ə.Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm cansağlığı arzularını çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS xəbər ver...