Nazir direktora yeni vəzifə verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.
O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.
Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.
Oxşar xəbərlər
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edir. BAKU.WS Mədəniyyət Nazirliyinə istinad...