Mədəniyyət Nazirliyində kadr təyinatları olub
Yeniliklərdən dərhal xəbərdar olun
Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Şükürov Mehman Şakir oğlu və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Hüseynov Elçin Sabir oğlu tutduqları vəzifələrdən azad ediliblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Əliyev Rəşad Rahib oğlu təyin edilib.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Sadıxov Əlisultan Sənan oğluna həvalə edilib.
Oxşar xəbərlər
Mədəniyyət xadimlərindən ordumuza DƏSTƏK
Məlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelər...