Natalya Trubnikova 71 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sovet dövrünün məşhur balerinası və aktrisası Natalya Trubnikova 71 yaşında Moskvada dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, sənətçinin cansız bədəni Moskvanın Tverskoy rayonunda yerləşən mənzilində qonşusu tərəfindən aşkarlanıb. Qonşular onunla sonuncu dəfə səhər saatlarında əlaqə saxlayıblar. Axşam isə Trubnikova telefon zənglərinə cavab verməyib.
Bundan sonra qonşusu onun evinə gedib və aktrisanı divanda oturmuş vəziyyətdə cansız halda tapıb.
Məlumata görə, Natalya Trubnikova Parkinson xəstəliyindən əziyyət çəkib.
Sənətçi "31 iyun" musiqili nağılında canlandırdığı şahzadə Melisenta obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, həmçinin "Məhəbbət formulu" və "12 stul" filmlərində rol alıb.
Trubnikova uzun illər K.S. Stanislavski və V.İ. Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının səhnəsində də çıxış edib.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...