Nailə Mirməmmədli dəfn edildi - YENİLƏNİB + VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli dəfn edilib.
BAKU.TV xəbər verir ki, o, Qurd qapısı qəbiristanlığında, həyat yoldaşı Hikmət Mirməmmədli və oğlunun yanında torpağa tapşırılıb.
Sevənləri N.Mirməmmədlini son mənzilə alqışlarla yola salıb.
***16:24
Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin dəfn mərasimi başlayıb.
O, Qurd qapısı qəbiristanlığında torpağa tapşırılır.
BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi olaraq ürək tutması göstərilir.
BAKU.TV bəstəkarın dəfnindən kadrları təqdim edir:
Oxşar xəbərlər
Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşdi - FOTO
Bəstəkar Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşib. Bununla bağlı bəstəkarın rəsmi “İnstagram” hesabında məlumat verilib. Bildirilib ki, əməkdar incəsənət x...
