Mübariz Tağıyev: "Bundan da gözəl xoşbəxtlik ola bilər?"
"Bu, bir ovuc qədər xoşbəxtlik, yox, bir qucaq sevincdir!"
BAKU.WS xəbər verir ki, bu fikirləri vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bildirib.
O, Böyük Qayıdışın doğurduğu yüksək əhvali-ruhiyyəni ifadə etmək üçün özünün oxuduğu məşhur nəğmədən sitat gətirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
Ətraflı videoda:
Oxşar xəbərlər
"Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin vəfatından 83 il ötür
Bu gün general-leytenant, Azərbaycan Xalq Cümhuriyyəti hərbi nazirinin müavini və artilleriya generalı Əliağa Şıxlinskinin anım günüdür. Onun vəfatından 83 il ö...