Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının müəllimləri Ağdam Musiqi Kollecində master-klas keçiblər

Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının müəllimləri Ağdam Musiqi Kollecində master-klas keçiblər
Mədəniyyət 34

Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının müəllimləri Ağdam Musiqi Kollecində master-klas keçiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalq artisti Elşən Mansurov, fəlsəfə doktoru, dosent Aydın Əliyev, Əməkdar artist Əliağa Sədiyev, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, professor Ceyhun Allahverdiyev, baş müəllim Vüqar Əliyev Ağdam Musiqi Kollecinin müəllimlərinə xanəndəlik, xalq çalğı və fortepiano üzrə master-klas keçib, müzakirələr aparıblar.

Ağdam Musiqi Kollecinin direktoru, Əməkdar artist Firuz Səxavət kollecin müəllim kollektivinin pedaqoji fəaliyyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün bu kimi tədbirlərin davamlı olacağını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər