Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11
iyl
2019
16:26
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.Bu barədə BAKU.WS-ə Fonddan məlumat verilib. Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.
Oxşar xəbərlər
Mehriban Əliyevadan Ayaz Mütəllibovun ailəsinə jest
Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehri...