Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürüb
20
iyn
2019
18:49
Heydər Əliyev Fondu serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsini üzərinə götürüb.BAKU.WS xəbər bunu "Report"a açıqlamasında teatrın mətbuat katibi Leyla Eynullayeva deyib. O qeyd edib ki, aktyora qaraciyər köçürüləcək.L.Eynullayevanın sözlərinə görə, teatr rəhbərliyi mütəmadi olaraq Y.Səlimovun səhhəti ilə maraqlanır: "Hazırda müalicə davam edir. Bu məsələ Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Hazırda donorun analizlərinin cavabı gözlənilir. Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə aktyora Azərbaycan xəstəxanalarından birində qaraciyər köçürüləcək".
Oxşar xəbərlər
Mehriban Əliyeva Elçibəyin xanımının yas xərclərini öz üzərinə göturub
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.BAKU.W...