Kübra Əliyeva: "Yazırlar ki, Kübra bıçaq altına girir"

Kübra Əliyeva: Yazırlar ki, Kübra bıçaq altına girir
Mədəniyyət 94

Bir müddət əvvəl mətbuatda Əməkdar artist Kübra Əliyevanın ikinci dəfə əməliyyat olunacağı ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, “Bizimləsən” proqramına qatılan aktrisa əməliyyat olunmağayacağını açıqlayıb:

“Bu yaxınlarda mətbuatda yazıblar ki, Kübra Əliyeva bıçaq altına girir. Mənə bir çox yerlərdən, hətta xaricdən də zənglər gəldi ki, nə olub sənə? Mənə heç nə olmayıb. Çox yaxşıyam, səhhətim yerindədir. Heç bir əməliyyat da etdirmirəm”.

Xatırladaq ki, bir müddət əvvəl aktrisanın qarnından piy alınaraq üzünə vurulub. Mətbuatda isə bu prosedurun yenidən təkrarlanacağı və Kübra Əliyevanın yenidən əməliyyat masasına yatacağı ilə bağlı məlumatlar yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər