Kinorejissor Cəmil Fərəcovla vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Hazırda onun cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
*** 11:35
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.Vidadan sonra mərhum "Qurd Qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.
Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.O, avqustun 1-də vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Bu gün Cəmil Fərəcovla vida mərasimi keçiriləcək
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi 2 avqust saat 11-də Təzə Pir Məscidində ol...