Əməkdar incəsənət xadimi vəfat edib - FOTO

01
avq
2023
19:29
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.
Bu barədə "Report"a ittifaqdan məlumat verilib.
O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.
Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.

Oxşar xəbərlər
Görkəmli rejissor Rasim Ocaqovun anım günüdür
Bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anım günüdür. Yaradıcılıq yolu milli kino mədəniyyəti tariximizdə ayrıca mər...