ISESCO rəsmisi: Üzeyir Hacıbəyli Festivalı musiqinin nəfəs aldığı qlobal platformadır
Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir yox, musiqi və incəsənətin nəfəs aldığı qlobal platformadır.
BAKU.WS report-a istiandən xəbər verir ki, bunu ISESCO-nun Bakı Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənan XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda deyib.
O bildirib ki, bu festival Azərbaycanın sivilizasiya missiyasını dünyaya çatdıran məkandır:
"Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival, eyni zamanda, dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır".
Oxşar xəbərlər
"Leyli və Məcnun" operası: Hadisələr Ərəbistan çöllərində yox, Azərbaycanda baş verir
Heydər Əliyev Sarayında dahi bəstəkar Üzeyir Hacıbəyovun ölməz əsəri - "Leyli və Məcnun" operası təqdim olunub. Baku TV kulisdən reportaj hazırlayaraq tamaşaya...