Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib.
Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələrinə həsr edib.
Ədəbi-bədii musiqili kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Bu məşhur incəsənət xadimlərinə Prezident mükafatı verildi - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev səhnə fəaliyyəti ilə bağlı bir neçə aparıcı incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi ilə bağlı sərəncam imzal...