"Fulya" filminin çəkilişlərinə başlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı "Fulya" filminin çəkilişlərinə başlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, film Vətən müharibəsi dövründə müharibənin acı və yıxıcı həqiqətlərini ilk səsdən dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişlər Gəncə, Tərtər və Şuşada aparılacaq.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Samir Şərifova cavab verdi
“Mədəniyyət Nazirliyinə vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlər...