Flora Kərimova: “Əleyhinəyəm, belə şeyləri göstərməyin” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Flora Kərimova yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Evdəkilərə salam” verilişinin qonağı olan sənətçi avtomobilini, mülkünü nümayiş etdirən məşhurları tənqid edib. Bunun yaxşı hərəkət olmadığını bildirib:
“Evini nümayiş etdirmək düzgün deyil, bəzi insanların var, bəzilərinin isə yoxdur. Ona görə elə şeylər göstərəndə ürəyim ağrıyır. Mən evimi illərlə, çətinlik çəkərək ərsəyə gətirmişəm.
Mən də sizin kimiyəm. Uşaqlıqdan yoxluq çəkərək yaşamışam. Ailə qurandan sonra bir az maddi vəziyyətim yaxşılaşdı. Əleyhinəyəm, belə şeyləri göstərməyin.
Sizə evim haqqında verdiyim informasiya üçün də üzr istəyirəm”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...