Fərhad Bədəlbəyli: "Ədalətsizliyi qəbul etmirdi..."

Fərhad Bədəlbəyli: Ədalətsizliyi qəbul etmirdi...
Mədəniyyət 115

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində baş tutan vida mərasimində iştirak edib.

BAKU WS xəbər verir ki, Fərhad Bədəlbəyli mərhum haqqında bu sözləri deyib: "O dənizi sevirdi, bağ evini dənizin lap yaxınlığında tikmişdi. Onun Bakıya hər gəlişi bayram idi. Rüstəm İbrahimbəyovun hər sözündə bir məna, musiqi, teatr, sənətlə bağlı öz mövqeyi var idi. Ədalətsizliyi qəbul etmirdi, yaltaqlığa nifrət edirdi. Belə sənətkarları qorumaq lazımdır, çünki onlar hər an doğulmur. Birinci xanım Mehriban Əliyeva da sosial hesabında yazdı ki, "Rüstəmlə hər görüş yadda qalan idi". Bu, bizim bəzi məmurlara da bir işarə idi ki, sənətkarların dəyərini bilmək lazımdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər