Əməkdar incəsənət xadimi Arif Babayevin doğum günüdür

Əməkdar incəsənət xadimi Arif Babayevin doğum günüdür
Mədəniyyət 11

Bu gün Əməkdar incəsənət xadimi, rejissor Arif Babayevin doğum günüdür. Onun anadan olmasından 96 il ötür.

Arif Hacı oğlu Babayev 1928-ci ilin bu günü, yəni sentyabrın 25-də Bakıda doğulub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.

Arif Babayev 1964-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə mükafat alıb.

Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici diplomla təltif olunub.

Rejissor 1986-cı ildə "Birisigün, gecəyarısı…" filminə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Arif Babayev haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib. O rejissor Vasif Babayevin qardaşıdır.

Arif Babayev 1983-cü il avqustun 26-da 54 yaşında vəfat edib.

Oxşar xəbərlər

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Azərbaycanın Əməkdar artisti vəfat etdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığından vəfat edib. Bu barədə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib. Bild...

8071 Hadisə 11:37 22 sentyabr 2024

Son xəbərlər