Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan dəfn edildi - FOTO
25
apr
2020
13:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı filosof Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan dəfn edildi.
BAKU.WS realtv.az-a istinadən xəbər verir ki, o, vəsiyyətinə uyğun olaraq İstanbul, Zincirlikuyu məzarlığında həyat yoldaşının yanında dəfn edilib.
Türkiyədəki mövcud “COVİD-19” qadağasına görə dəfn mərasimi keçirilməyib. Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev iştirak edib.
Qeyd edək ki, Feyzavər Alpsar Turan uzun müddətdir ki, Alzheimer xəstəliyindən əziyyət çəkirdi. O, ötən gün 101 yaşında vəfat edib.
Oxşar xəbərlər
Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib
Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan dünyasını dəyişib. BAKU.WS Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər ve...