Xalq artisti vəfat edib

16
apr
2020
09:12
Xalq artisti Rafiq Əliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikasının xalq artisti, teatr rejissoru və aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Hacıbaba oğlu Əliyev 70 yaşında dünyasını dəyişib.
Rafiq Əliyevin həyat yoldaşı aktrisa Şəfəq Əliyeva da məlumatı təsdiqləyib.
Qeyd edək ki, aktyorla vida mərasimi evində olacaq.
Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbiristanlıqda anasının yanında dəfn ediləcək.
Allah rəhmət etsin!

Oxşar xəbərlər
Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xalq...
