Bir qrup incəsənət xadiminə mükafatlar təqdim edilib - FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
BAKU.WS-in Report-a istinadən məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, bu mərasimin keçirilməsi çoxdan planlaşdırılsa da, pandemiya səbəbilə proses yarımçıq qalıb. Onun sözlərinə görə, tədbirin keçirilməsində seçilən məkan və vaxt da təsadüfi deyil:
"Özümüz istədik ki, mükafat mərasimini Azərbaycan mədəniyyətini ən gözəl şəkildə təqdim edən İncəsənət muzeyində keçirək. Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər".
A.Kərimov ölkə rəhbərinin mədəniyyət xadimlərini daim diqqət mərkəzində saxladığını bildirib:
"Prezident İlham Əliyev səhnə arxasında mədəniyyət xadimləri ilə daim görüşlər keçirirdi. Söhbət zamanı tamaşalarla bağlı öz təkliflərini irəli sürürdü. Bu gün teatr xadimlərinə göstərilən diqqət onu göstərir ki, Azərbaycan hakimiyyəti teatra yüksək qiymət verir".
Daha sonra Mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təltif olunanların siyahısını təqdim edirik:
"İstiqlal" ordeni
Qasımova Xuraman Əkrəm qızı
“Şərəf” ordeni
Kərimova Flora Ələkbər qızı
"Əməkdar artist" fəxri adı
Ağayeva Həcər Maqsud qızı
Dubovitskaya Mariya Aleksandrovna
Əmirbəyov Oleq Arnoldoviç
Hacıyeva Natavan Nizami qızı
İmranova İnna Aleksandrovna
Kimaşeva Bella Vladislavovna
Məmmədov Murad Məmməd oğlu
Omelçenko Yuri Vladimiroviç
Rəhimov Teymur Əsgər oğlu
Sokolenko Milana Aleksandrovna
"Əməkdar mədəniyyət işçisi" fəxri adı
Məmmədov İlham Əli İslam oğlu
3-cü dərəcəli “Əmək” ordeni
Baliyeva Natalya Gennadyevna
Əmirbəyova Rita Cəmil qızı
“Tərəqqi” medalı
Lerman Viktoriya Anatolyevna
Rudıçev Nikolay Nikolayeviç
Saprıkina Lyudmila Qennadiyevna
Sonda nazir Anar Kərimov təltif olunan şəxslərlə foto çəkdirib.
Qalereya
Oxşar xəbərlər
Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür
Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınıb, böyük peşəkarlıq və yüksək səhnə mə...
