Barmağı amputasiya olunan xalq artistinin son vəziyyəti - FOTO

07
fev
2021
16:20
Murad Dadaşov Xalq artisti Ramiz Əzizbəyliyə baş çəkib.
BAKU.WS “yenisabah.az”a istinadən xəbər verir ki, bu haqda Xəzər TV-nin baş direktoru özü məlumat verib.
O, Xalq artisti ilə fotosunu sosial şəbəkədə paylaşaraq “Əzizimiz Ramiz Əzizbəylinin yanında idim. Söz verdi ki, Allahın köməyi ilə düzələn kimi birinci bizə qonaq olacaq”, - sözlərini yazıb.
Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda, qanqrena səbəbindən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.

Oxşar xəbərlər
Mədəniyyət xadimlərindən ordumuza DƏSTƏK
Məlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelər...
