Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
BAKU.WS xəbər verir ki, Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub və bu il Forumun 15 illiyi qeyd olunur.
Bakı Prosesi və onun çərçivəsində keçirilən Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.
Oxşar xəbərlər
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan "Sülh kitabı"nın (Book of Peace) Azərbaycana həsr edilmiş "Harmoniya çalarları:...