Bakıda açıq kino nümayişi təşkil ediləcək

Bakıda açıq kino nümayişi təşkil ediləcək
Mədəniyyət 80

Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişinin təşkili nəzərdə tutulub.

Bu barədə BAKU.WS Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi planlaşdırılır.

Son xəbərlər