AzTV-də yeni sima - Hüsniyyə Mürvətovanın yerinə o gəldi

AzTV-də yeni sima - Hüsniyyə Mürvətovanın yerinə o gəldi
Mədəniyyət 778

AzTV-nin "1AzTV" proqramına yeni aparıcı təyin edilib. BAKU.WS xəbər verir ki, Hüsniyyə Mürvətovanın təqdim etdiyi layihədə bundan sonra Mehin Hümbətova aparıcılıq edəcək.Mehin Hümbətova bu barədə sosial şəbəkədə yazıb:

"Sizinlə bölüşmək istədiyim bir xəbərim var. Bu ilə arzularımın reallaşmasıyla daxil oldum. Hələ də davamı gəlir. Aparıcı kimi fəaliyyətə başladığım qısa müddət ərzində günü-gündən yenilənməkdə olan dövlət televiziyasına qəbul olmaq kimi bir arzum var idi. Qismət belə gətirdi ki, dəvət olundum və artıq Azərbaycan Dövlət Televiziyasında ən maraqlı verilişlərdən birinin aparıcılığı mənə həvalə olundu.

Arzulamaqdan yorulmayın, dostlar. Hər il yeni arzular, yeni məqsədlər qoyun qarşınıza. Xəyallarımız gerçəkləşir. Hər şənbə-bazar saat 21:30-da "1AzTv" verilişini izləməyi unutmayın".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər